Dünya
Davudoğlu: “Suriyanı vuracağıq”
“Türkiyəyə qarşı təhdid Suriyadan gələrsə, Qəndili vurduğumuz kimi Suriyadakı terror mərkəzlərini də vuracağıq”.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Hollandiya səfərində deyib.
“Qəndilə qarşı göydüyümüz tədbirləri, Suriyadakı terror mərkəzlərinə qarşı da görə bilərik. Türkiyəyə qarşı hücum təşkil etdiyi üçün İŞİD-in mövqelərini koalisiya təyyarələri ilə necə vurduqsa, Türkiyəyə zərər verən hər terror təşkilatına qarşı da eyni davranış sərgilənəcək. Dostlarımızdan da bizim yanımızda olmasını gözləyirik”, - baş nazir söyləyib.
Əhməd Davudoğlu PYD və onun silahlı qanadı YPG-ni terror təşkilatı kimi tanımayan ABŞ-ı da tənqid edib: “11 sentyabr terror aktında Türkiyə ABŞ yanında yer aldı, terrora qarşı mübarizəyə dəstək verdi. YPG-nin terror təşkilatı olmadığını iddia etmək terror qarşı mübarizəyə ən böyük zərbədir. PYD Suriyada rejim və Rusiya ilə əməkdaşlıq edərək vətəndaşlara hücum edir. Buna dair sənədlər də ortadadır. Müttəfiqimizdən açıq davranış gözləmək haqqımızdır”.
Ömər Dağlı
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?