Dünya
“Belavia”nın ilk qadın pilotu
“Belavia” aviaşirkətində ilk qadın fəaliyyətə başlayıb. 1996-cı ildə “Belavia” yaradılan gündən Svetlana Yeremenko aviaşirkətin sıralarında ilk qadın pilot olub.
Svetlana 1987-ci ildə Yakutiyada aviasiya işçiləri ailəsində anadan olub. Uşaqlıqdan pilot olmaq istəyib. 2011-ci ildə Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetini “mülki hava gəmilərinin uçuş istismarı” ixtisası üzrə bitirib. O, karyerasını regional “Pskovavia” aviaşirkətində An-24/An-26 sərnişin təyyarələrində başlayıb, sonra “Transasero”da işləyib.
Svetlana “Belavia”ya 2015-ci ildə gəlib. Lazım olan təlim, o cümlədən yerüstü, nəzəri və trenajor hazırlığı keçəndən sonra dekabrın 29-da stajçı qismində Türkmənistan paytaxtına ilk uçuşunu həyata keçirib. Svetlana evlidir, onun həyat yoldaşı Sankt-Peterburqda pilot işləyir.
S.Yeremenko gender stereotipləri barədə suala cavabında deyib: “Müasir dünyada artıq çoxdandır ki, peşələri kişi və qadın peşələrinə ayırmırlar. İnsanın istəyi varsa, sağlamlığı imkan verirsə və keyfiyyətli təhsil alıbsa, o, öz vəzifələrinin öhdəsindən gəlir. Odur ki, onun kişi və qadın olmasının heç bir fərqi yoxdur. Əgər bütün proseduralar təhlükəsizlik tələblərinə uyğun yerinə yetirilirsə, kimin idarə etməsinin təyyarə üçün heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ təhlükəsizlikdir”.
Svetlana hələlik stajçıdır, təlimatçı ilə uçur. Amma tezliklə Boeing 737NG təyyarəsinin ikinci pilotu qismində müstəqil uçuşlara başlayacaq. Svetlana gələcəkdə təlimatçı-pilot olmaq arzusundadır.
“Belavia” aviaşirkətinin baş direktoru Anatoli Qusarov deyib: “Biz qadın pilotların sayını artırmağı planlaşdırırıq”.
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO