Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
Bizi izləyin

MDB

Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi

ÜmumBelarus Xalq Assambleyasında qəbul edilmiş Minskin yeni hərbi doktrinası NATO-nun genişlənməsinin qəbuledilməzliyini bəyan edir .

Publika.az xəbər verir ki, sənəd milli hüquqi internet portalında dərc olunub.

“Belarus Respublikası NATO-nun davam edən genişlənməsini və bu hərbi-siyasi bloka üzv olan və ya qoşulmaq istəyən dövlətlərin hərbiləşdirilməsini qəbul etmir, bunları hərbi münaqişələrin ehtimalını artıran təhlükəli proseslər kimi qiymətləndirir”, - doktrinada deyilir.

Eyni zamanda qeyd edilir ki, Minsk NATO ölkələri ilə praqmatik münasibətlərin və normal əməkdaşlığın bərpasının tərəfdarıdır.

Bundan əvvəl Belarusun yeni hərbi doktrinasında bildirilirdi ki, ölkə hərbi gücdən istifadəni siyasi məqsədlərə çatmaq üçün ifrat tədbir kimi qiymətləndirir və başqa ölkəyə qarşı təcavüzün baş verməsini qəbuledilməz hesab edir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm