“Bu, Türkiyə üçün qiyamət ssenarisidir” – ŞOK PROQNOZ - VİDEO
Bizi izləyin

Dünya

“Bu, Türkiyə üçün qiyamət ssenarisidir” – ŞOK PROQNOZ - VİDEO

“Rojavaya (Suriyanın şimalındakı kürd bölgəsi – Ö.D.) müdaxilə Türkiyə üçün qiyamət ssenarisidir”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalına müdaxilə ehtimalını qiymətləndirən Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili İdris Baluken deyib.

“Açıq bir kürd düşmənçiliyi ilə şəkillənən xarici siyasətlə qarşı-qarşıyayıq. Rojavaya müdaxilə Türkiyə üçün bir qiyamət ssenarisidir. Türkiyə əhalisi buna icazə verməyəcək. Oradakı kürdlər Türkiyənin düşməni deyil. Ancaq AKP hökuməti böyük bir təhdid olduğu görüntüsü yaradır”, - HDP-li millət vəkili bildirib.

Onun sözlərinə görə, Rusiya ilə münasibətləri pis olduğu üçün Suriyanın hava məkanına daxil ola bilməyən Türkiyə bu əngəli Səudiyyə Ərəbistanının təyyarələri ilə aşmaq niyyətindədir. Millət vəkili İncirlik hava bazasının Səudiyyə təyyarələri üçün açıldığını xatırladıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm