Türkiyə ilə İsrail razılaşdı
Bizi izləyin

Dünya

Türkiyə ilə İsrail razılaşdı

Türkiyə ilə İsrail arasında bütün məsələlərdə razılıq əldə edildiyi iddia edilib.

Axar.az xəbər verir ki, bu barədə açıqlama verən AKP sözçüsü Ömər Çəlik ötən gün iki ölkə arasında müəyyən razılıq əldə edildiyini təsdiqləyib.

Çəlik "Mavi Mərmərə" hücumuna görə İsrailin üzr istəməyi qəbul etdiyini qeyd edib.

"Röyters"ə açıqlama verən türkiyəli nümayəndə "Mavi Mərmərə"də həlak olan 10 nəfər üçün ödəniləcək kompensasiya məsələsində də razılıq əldə edildiyini vurğulayıb.

Qəzzada embarqonun qaldırılması ilə bağlı isə hər hansı açıqlama verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm