Suriya müharibəsinin əsas oyunçuları - SİYAHI
Bizi izləyin

Dünya

Suriya müharibəsinin əsas oyunçuları - SİYAHI

5 il əvvəl Bəşər Əsəd rejimini devuirmək Suriyada başlayan vətəndaş müharibəsi demək olar ki, artıq III Dünya Müharibəsinin poliqonuna çevrilib. Onlarla ölkə Suriya torpaqlarında öz hərbi gücünü nümayiş etdirir. Bəs minlərlə günahsız insanın ölümünə səbəb olan bu müharibənin oyunçuları kimlərdir?

Əsas ölkədaxili oyunçular

Suriya höküməti – Şiə məzhəbinin Ələvi qoluna aid prezident Bəşər Əl-Əsəd mülki vətədaş və silahlı nəfərlər daxil olmaqla, onun əleyhinə olan hər kəsi “terrorçu” adlandırır və onları əsassız şəkildə öldürür.

Mötədil və İslamçı Millətçi Müxalifət – Qərbin dəsətklədiyi Azad Suriya Ordusu və Əsədi devirməyə çalışan saysız-hesabsız yerli yarı-hərbi dəstələr.

İslamçı Müxalifət – Əhrar Əl-Şəm və Əl-Qaidənin Cəbhət Əl-Nusra qolu kimi radikal islamçı qüvvələr.

Kürd qüvvələri – Əsasən İslam Dövlətinə qarşı döyüşür, lakin keçmişdə mötədil və islamçı üsyançılarla da qarşıdurmlar yaşayıb. Bu yaxınlarda Əsəd Hələbə qarşı hücum keçirəndən sonra kürd qüvvələri Suriyanın şimalında Azad Suriya Ordusu və islamçıların nəzarət etdiyi şəhərləri ələ keçirib. Türkiyə sərhədindəki kürd anklavlalarını birləşdirməyə çalışır.

İslam Dövləti – Hər kəsə qarşı döyüşən cihadçı üsyançılar. Xəlifəlik qurmağa çalışır.

Əsas xarici oyunçular

ABŞ – İslam Dövlətinə qarşı mübarizə aparan koalisiyaya başçılıq edir. Fərat çayından şərqdə İslam Dövlətinə qarşı döyüşən kürdləri, bəzi mötədil eləcə də islamçı millətçi müxalif qüvvələri dəstəkləyir.

Türkiyə - anti-İŞİD koalisiyasına daxildir, lakin ABŞ-ın diqqəti Əsədin devrilməsi üzərində deyil, təkcə İslam Dövləti üzərində cəmləşdirməsini qınayır.

Səuddiyə Ərəbistanı və digər Sünni Ərəb Körfəz Ölkələri – anti-İŞİD koalisiyasının tərkib hissəsidir, məqsədləri Əsədi devirmək, sünni və şiələr arasındakı uçurumu dərinləşdirməkdir.

Rusiya – Əsəd hökümətini dəstəkləyir və döyüş meydanında kürdlərlə ittifaq yaradıb. İŞİD və digər “terrorçulara” qarşı mübarizə apardığını iddia etsə də, hərbi əmliyyatlarını Əsədə qarşı olan mötədil müxalifətə yönəldib.

İran – Şiə höküməti Əsədi dəstəkləyir, ki, bu da məzhəb ayrımını dərinləşdirir.

Hizbullah – Livanlı şiə yarı-hərbi dəstə. Uzun zamandır himayəçisi olan Əsəd hökümətini dəstəkləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm