İŞİD 150 nəfəri əsir götürdü
Bizi izləyin

Dünya

İŞİD 150 nəfəri əsir götürdü

İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Əl-Fəllucə şəhərinin 150 sakinini əsir götürüb.

Publika.az xəbər verir ki, bu barədə “RİA-Novosti” agentliyi “Sky News Arabia” telekanalına istinadən bildirib.

Telekanalın məlumatına görə, terrorçular evlərdə axtarışlar aparıblar. İraq hakimiyyətinin məlumatına görə, təhlükəsizlik gücləri İŞİD-i şəhərdən sıxışdırıb çıxarmağa başlayıb. İŞİD-in hərbi komandanlığının bəzi üzvlərinin şəhərdən qaçdığı bildirilir. Amma hazırda şəhərin mərkəzi hissəsi əvvəlki kimi İŞİD-in nəzarətindədir.

Fevralın 8-də yayılan məlumata görə, İŞİD-in döyüşçüləri Mosul şəhərinin 300 sakinini edam ediblər. Qurbanların arasında keçmiş polis əməkdaşları və hərbi qulluqçular da olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm