Türkiyə ŞOKDA – ABŞ terrorçulara... - VİDEO
Bizi izləyin

Dünya

Türkiyə ŞOKDA – ABŞ terrorçulara... - VİDEO

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) PYD-yə (PKK terror təşkilatının Suriya qolu) ən müasir silahlar verməsi növbəti dəfə təsdiqini tapıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yayılan görüntülər Pentaqonun PYD-yə tank əleyhinə raketləri verdiyini göstərir.

Amerika istehsalı olan və lazerlə idarə olunan FGM-148 Javelin adlı tank əleyhinə raketlər Suriyanın Haseke şəhərindəki PYD terrorçularının əlində görünüb.

Beynəlxalq media və sosial şəbəkələrdə bundan əvvəllər də yayılan məlumatlara görə, ABŞ istehsalı olan yüksək texnologiya məhsulu FGM-148 Javelin raketləri YPG-yə (PYD-nin silahlı qanadı) verilib.

Lakin Pentaqonun sözçüsü Jeff Devis xəbərləri təkzib etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm