“ABŞ və Rusiya ortaq patentə sahibdir, layihə isə...” – ŞOK İDDİA
Bizi izləyin

Dünya

“ABŞ və Rusiya ortaq patentə sahibdir, layihə isə...” – ŞOK İDDİA

“Bu plan həm yeni, həm də ABŞ-ın “B” planı deyil. ABŞ və Rusiya ortaq patentə sahib ola bilər, amma bu, İsrailin planıdır”.

Publika.az xəbər verir ki, bunu “Yeni Şafak” nəşrinin yazarı Abdulkadir Selvi Suriya mövzusu ilə bağlı qələmə aldığı yazısında bildirib.

Qeyd edək ki, ABŞ Suriyada atəşkəs razılaşmasının elan olunmasından dərhal sonra “B” planının olduğunu bəyan etdi. Kerri qeyd edib ki, plan ABŞ-ın müttəfiqləri ilə də müzakirə olunur. Dövlət katibi bildirib ki, 27 fevral tarixində başlayacaq atəşkəsin müvəffəqiyyətli olub-olmadığı bir neçə gün ərzində bəlli olacaq.

Abdulkadir Selvi hesab edir ki, “B” planı Suriyanın bölünməsi deməkdir: “Suriya onsuz da üç yerə bölünüb. Dəməşqdə Nüseyri dövləti, Şimali Suriyada kürd rəhbərliyi, İŞİD-in nəzarətində olan və sünni ərəblərə aid olduğu deyilən bölgə. Rusiya son bombardmanları ilə Əsəd rejiminin ərazisini genişləndirməyə, Hələbi Dəməşqə bağlamağa çalışır. Ayrıca bu plan həm yeni, həm də ABŞ-ın “B” planı deyil. ABŞ və Rusiya ortaq patentə sahib ola bilər, amma plan İsrailin layihəsidir”.

Yazar hesab edir ki, 1982-ci il tarixində dərc olunan və israilli diplomat Oded Yinonun imzasını daşıyan planda Suriyanın üç yerə bölünməsi üzərində dayanılırdı: “Planın İraq hissəsi bir-bir həyata keçirilir. Mən hər şeyi Amerika və ya İsrailin planlarına bağlayan şəxs deyiləm, amma ölkələrin parçalanmasına, hakimiyyətlərin devrilməsinə, vətəndaş müharibələrinin başlanmasına gətirib çıxaran proseslərin təsadüfü olduğuna inanacaq qədər də saf deyiləm. ABŞ və Rusiya arasında əldə olunan atəşkəsə İŞİD və “Ən-Nüsra” Cəbhəsi daxil edilməyib. Atəşkəsin zəif halqalarından biri də budur. Rusiyanın “İŞİD, ya da “Ən-Nüsra” Cəbhəsini vururuq” deyə mötədil müxalifəti, xüsusilə də türkmanları vurmayacağına kim zəmanət verə bilər? Türkiyə atəşkəs mexanizmində iştirak etsəydi, bu məsələdən əmin ola bilərdik”.

Onun sözlərinə görə, indiki mərhədədə diqqətlə izlənilməsi lazım olan bir başqa məsələ Rusiyanın Suriyada istifadə etdiyi sursatlardır: “Kəşfiyyat hesabatlarına görə, Rusiya hərbi arsenalındakı ömrünü tamamlayan sursatlardan istifadə edir. Sovet dövründən qalan silah və sursatın məhvi Rusiya üçün böyük bir problemdir. Rusiya bunu günahsız suriyalılar üzərində edir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm