Lukaşenko Medvedevlə Putini səhv saldı
Bizi izləyin

Dünya

Lukaşenko Medvedevlə Putini səhv saldı

Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə rusiyalı həmkarı Vladimir Putinlə görüşdə onu Rusiyanın baş naziri Dmitri Medvedevlə səhv salıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Lukaşenko geniş tərkibdə danışıqlardan əvvəl “Hörmətli Dmitri Anatoli” deyib.

Amma Belarus lideri dərhal öz səhvini düzəldib və söhbətə yenidən başlayıb.

Putin Lukaşenkonun səhvinə yumorla reaksiya verib. “Pul və hər şey ondadır”, - Putin Rusiya hökumətinin maliyyə bölgüsü ilə məşğul olduğunu nəzərdə tutub.

“Yox, buna görə deyil”, - Belarus prezidenti cavab verib.

Geniş tərkibli görüşdən əvvəl prezidentlər arasında təkbətək görüş keçirilib. Kremlin saytından verilən məlumata görə, görüşdə Rusiya-Belarus münasibətlərinin inkişaf perspektivləri və beynəlxalq gündəliyin aktual məsələləri müzakirə edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm