
“Suriyada atəşkəsin davam edəcəyindən və qarşıdurmanın bitəcəyindən şübhələnirik”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ
prezidenti Barak Obama Suriyada atəşkəsin bağlanması haqda
danışarkən deyib.
Onun sözlərinə görə, şübhələnmək üçün bir çox səbəb var: “Ən
yaxşı şərtlərdə belə qarşıdurma sona çatmayacaq. Məsələnin
əhəmiyyətli hissəsi Rusiya, Suriya rejimi və müttəfiqlərin
razılaşmanı yerinə yetirməsidir. Önümüzdəki saatlar və günlər
önəmlidir. Bütün dünya nə baş verəcəyini diqqətlə izləyir”.
Obama İŞİD-ə qarşı mübarizənin davam edəcəyini, indiyə qədər
keçirilən əməliyyat nəticəsində terror təşkilatının nəzarət etdiyi
ərazilərin 40 faizini itirdiyini bildirib.
“Bir çox ölkələrinnin birgə işləməsi nəticəsində Suriyaya əcnəbi döyüşçülərin axını zəifləyib. İndi İŞİD-in döyüşçüləri daha azdır”, - deyə o bildirib.
Asif