ABŞ: "Suriya kimyəvi silahları bizdən gizlədib"
Bizi izləyin

Dünya

ABŞ: "Suriya kimyəvi silahları bizdən gizlədib"

Rəsmi Dəməşq bəzi kimyəvi silahları bizdən gizlədib.

Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceym Klapper çıxış edib.

“Ehtimal edirik ki, Suriya Kimyəvi Silah razılaşmasına qoşularkən bəzi kimyəvi silahları bizdən gizlədib. Suriyanın bəyanatındakı müəyyən boşluqların aradan qaldırılması üçün yaradılan xüsusi qrupun səylərinə baxmayaraq, bəzi suallar hələ də cavabsız qalır”, - Klapper bildirib.

Lakin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) Suriyada bütün kimyəvi silahların məhv edildiyini açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm