200 minlik İslam Ordusundan İrana və Rusiyaya müharibə MESAJI/FOTOLAR
Bizi izləyin

Dünya

200 minlik İslam Ordusundan İrana və Rusiyaya müharibə MESAJI/FOTOLAR

Aralarında Türkiyənin də yer aldığı 20 ölkədən ibarət İslam Ordusu Səudiyyə Ərəbistanında “Şimal fırtınası” adlı hərbi səhra təlimlərinə başlayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, təlimlərə təqribən 200 min hərbçi qatılıb.

Səudiyyə Ərəbistanın şimal-şərqindəki Hafar el Baten bölgəsində başladılan hərbi təlimlər terrorla mübarizəyə həsr olunub.

Hərbi təlimlər miqyasına görə indiyədək təşkil olunanlar arasında ən böyüyüdür.

Təlimlər zamanı İslam Ordusu hərbçilərinin səhra şəraitində terrorçulara qarşı çevik döyüş imkanları və manevr qabiliyyəti yoxlanılacaq.

Səudiyyə Ərəbistanı mediası yazır ki, 20 ölkədən 200 minə yaxın hərbçinin, 100 döyüş təyyarəsinin və yüzlərlə hərbi texnikanın cəlb olunduğu təlimlər Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən İrana və Rusiyaya açıq mesaj xarakteri daşıyır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm