Əli ilə “görən” istedad - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Əli ilə “görən” istedad - FOTO/VİDEO

Paytaxt sakini Elçin görmə məhdudiyyətli olsa da, müxtəlif cür geyim əşyaları toxuyaraq pul qazanır.

Publika.az xəbər verir ki, bu şəxsin sosial şəbəkələrdə yayılmış görüntüləri marağa səbəb olub.

2397 nəfərin paylaşdığı videogörüntülərə rəy yazan Gunel adlı sosial şəbəkə istifadəçisi bildirib ki, Elçin papağı elə rahat toxuyurdu ki, hamı bir nəfər kimi ona baxırdı: “Onun çantasında da uşaqlar üçün qəşəng papaqlar vardı”.

Səfa adlı şəxs isə “Gözdən əlil olmasına baxmayaraq, Elçinin gözəl əl işləri var. Onun əl işi olan geyimləri əldə etmək istəyənlər Nərimanov parkına üz tutsunlar. Vaxtının çoxunu orda keçirir, əl işlərini satır, heç kimə çörək pulu üçün ağız açmır” yazıb.

Başqa bir sosial istifadəçi görmə məhdudiyyətli Elçinin “Xaqani” ticarət mərkəzinin yanında da əl işlərini satdığını bildirərək, onun çox gözəl və səliqəli işlərinin olduğunu vurğulayıb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm