Dünya
Neyrocərrah Ağ Ev uğrunda mübarizədən çəkildi
Seçki kampaniyasının gedişatında son dərəcə mübahisəli baxışları ilə yadda qalan qaradərili neyrocərrah Ben Karson ABŞ prezidenti postu uğrunda mübarizədən çəkilib.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, respublikaçı namizəd qərarını seçicilərin ona münasibəti ilə izah edib.
“Bu qərar çoxdan yetişirdi. Seçki kampaniyasının siyasi perspektivlərini görmürəm. Seçicilərin çoxu məni sevirlər, amma onlar mənim üçün səs vermirlər”, - o, deyib.
Ben Karsonun partiyadaxili daxili seçkilərdə qazandığı nəticələr də onun qərarının düzgün olduğunu göstərir. O, martın 2-də keçirilən “super çərşənbədə”də yalnız üç nümayəndənin səsini əldə edib. Halbuki, respublikaçılardan Donald Tramp 192, Ted Kruz 132, Marko Rubio isə 66 nümayəndənin dəstəyini qazanıb.
Ben Karson siam əkizlərinin başlarını ayırmaqla dünya cərrahlıq tarixində bir ilkə imza atıb. Karson həmin əməliyyatda 70 həkimdən ibarət komandaya başçılıq edib. Neyrocərrah 2008-ci ildə kiçik Corc Buş tərəfindən ABŞ-ın ən yüksək vətəndaş mükafatı olan Azadlıq medalı ilə mükafatlandırılıb.
Karsonda 2002-ci ildə prostat vəzisinin xərçəngi aşkar edilib. Lakin şiş vaxtında aşkar edildiyi üçün o, xəstəliyə qalib gəlməyi bacarıb.
Onun tarixə özünəməxsus baxışları var. Məsələn, insanlar Misir ehramlarının fironları dəfn etmək üçün tikildiyinə şübhə etmirlər. Amma Karson düşünür ki, Misir ehramları buğda saxlanılması üçün tikilib. 64 yaşlı siyasətçinin ailəsi adventizm hərəkatının üzvləridir. Adventizim XIX əsrin əvvəllərində baptistlər, metodistlər və başqa protestant qruplardan yaranan dini hərəkatdır. Hərəkat son dərəcə mühafizəkardır və Karsonun abortlar ilə eynicinsli nikahlarla aktiv mübarizəsi tamamilə məntiqli görünür.
Ömər Dağlı
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?