Rusiyadan İŞİD-ə son zərbə: Bombaladılar
Bizi izləyin

Dünya

Rusiyadan İŞİD-ə son zərbə: Bombaladılar

Rusiya hərbi hava qüvvələrinə məxsus döyüş təyyarələri Xüms və Palmira yaxınlığında yerləşən İŞİD terrorçularına məxsus mərkəzləri bombalayıb.

Publika.az-ın xəbərinə görə, İŞİD-ə qarşı hava əməliyyatı Rusiya qoşunlarının Suriyadan çıxarılması ərəfəsində baş tutub.

Suriyanın “SANA” xəbər agentliyinin məlumatına əsasən, İŞİD-ə qarşı keçirilən hava əməliyyatlarına Bəşər Əsədin qoşunları da dəstək verib.

Rusiya və Suriya hökumətlərinə yaxın təmasda olan bir diplomat “Financial Times”-ə bildirib ki, Rusiyanın öz qoşunlarının bir hissəsini Suriyadan çəkməsi xəbərini Bəşər Əsəd ən sonda bilib: “Rusiyanın öz qoşunlarının bir hissəsini Suriyadan geri çəkəcəyini Bəşər Əsəd martın 14-dək bilmirdi. Rusiyanın qəfil belə bir qərar verməsinin əsl səbəbi çoxları üçün sirr olaraq qalır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm