Dünya
İŞİD İraqda altı casusu edam etdi
İŞİD terror qruplaşmasının döyüşçüləri İraqda casusluqda ittiham edilən altı nəfəri edam ediblər.
Publika.az xəbər verir ki, bu haqda “The Independent” nəşri bildirib.
Edamlar güllələnmə və baş kəsmə yolu ilə həyata keçirilib. Onların vətəndaşlığı haqqında məlumat verilməyib.
Casusluqda ittiham olunan şəxslər İŞİD-in fəaliyyəti haqqında məlumatları ötürməkdə şübhəli bilinir.
Qeyd edək ki, martın 11-də “Sky News” telekanalı İŞİD-in on minlərlə döyüşçüsü və onlarının qohumları haqqında məlumatları, o cümlədən ünvanları və telefon nömrələri özündə saxlayan minlərlə fayl əldə edib. Fayllarda 22 min məlumat toplanıb. Telekanal qeyd edir ki, siyahıda olan telefon nömrələrindən bəziləri əvvəlki kimi aktivdir.
Britaniya kanalı faylların olduğu yaddaş kartını İŞİD-in “daxili təhlükəsizlik xidməti”ndə işləyən Abu Hamed adlı şəxs vasitəsilə əldə edib. Onun sözlərinə görə, o, məxfi məlumatların müdafiəsi sahəsində işləyirdi və müəyyən vaxtdan sonra İŞİD-də gördüklərindən məyus olaraq ondan ayrılmaq qərarına gəlib.
Ömər Dağlı
-
Hadisə09:36
Vahid Mustafayevin mağazasından 330 minlik saat oğurlandı
-
Region09:16
Paşinyanın komandasında istefa ardınca istefa: Vardanyan da getdi
-
ABŞ09:00
Mask pilotsuz robotaksini TƏQDİM ETDİ: Bu qiymətə olacaq - VİDEO
-
Magazin108:12
Xoşqədəm Almaniyada belə dincəlir - FOTO
-
Magazin105:15
Elşənin verilişindən ilk görüntülər - VİDEO
-
Səhiyyə04:44
Stomatoloji poliklinikadan görün nə oğurladılar - ANBAAN GÖRÜNTÜLƏR
-
Avropa03:13
Daha iki ölkə arasında VƏZİYYƏT GƏRGİNLƏŞDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək