İŞİD məğlubiyyətləri Şimali Qafqazla kompensasiya edəcək – ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

İŞİD məğlubiyyətləri Şimali Qafqazla kompensasiya edəcək – ŞOK PROQNOZ

“Suriya və İraqdakı məğlubiyyətlər İŞİD terror təşkilatını Şimali Qafqaza gətirib çıxaracaq”.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna Milli Yaddaş İnstitutunun əməkdaşı, blogger Pavel Podobed “InformNapalm” üçün yazdığı məqaləsində bildirib.

“Suriya və İraqdakı məğlubiyyətlər İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadini uğursuzluqları kompensasiya etməyə məcbur edəcək. İŞİD-in döyüşçüləri diqqəti daha çox Avropa Birliyi ölkələrində terror hücumlarının həyata keçirilməsinə ayıracaqlar. Bundan başqa, Yəmən, Liviya, Əfqanıstan və Rusiyanın Şimali Qafqaz respublikalarında İŞİD-in fəallığı artacaq”. – o, deyib.

Podobed qeyd edib ki, İŞİD-in Şimali Qafqaz respublikalarında yaxın yarım il ərzində ordu, polis və Federal Təhlükəsizlik Xidmətinin məntəqələrinə hücumları gözlənilir. Blogger hesab edir ki, Şimali Qafqazın İŞİD döyüşçüləri ilə doldurulmasına Kremlin özünün hərəkətləri də dolayısı ilə imkan yaradacaq. Onun sözlərinə görə, Rusiyanın Dəməşq rejiminin tərəfində Suriya müharibəsində iştirakı İŞİD üçün katalizator rolunu oynaya bilər.

“Qafqazda aşağı həyat səviyyəsi, hüquq-mühafizə orqanlarının yüksək korrupsiya fəaliyyəti, İnquşetiya və Dağıstanda imamlara qarşı daimi əsassız repressiyalar, insanların müntəzəm şəkildə təhlükəsizlik əməkdaşları tərəfindən oğurlanması və döyüşçülərin qohumlarının təqibi digər amillərdir. Müvafiq olaraq Şimali Qafqazda korrupsiya və özbaşınalığı təcəssüm edən polisə qarşı nöqtə hücumları İŞİD-ə əhalinin geniş təbəqəsinin dəstəyini təmin edəcək”, – Podobed vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm