Kadırov: “Aslan Məshədovun yerini Şamil Basayev satmışdı”
Bizi izləyin

Dünya

Kadırov: “Aslan Məshədovun yerini Şamil Basayev satmışdı”

“Çeçen-İçkeriya lideri Aslan Məshədov quldur dəstəsinin başçısı Şamil Basayev tərəfindən qəsdən buraxılmış informasiya nəticəsində öldürülmüşdü”.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov deyib.

“Çeçen-İçkeriya liderləri və silahlı qruplaşmaların başçıları müxtəlif xarici güclərin təsiri altında idilər. Onlar istənilən yollarla bir-birini aradan çıxarmağa, Çeçenistan Respublikasını dağıtmağa, Rusiyanı zəiflətməyə çalışırdılar. Basayev qəsdən informasiya yaydı ki, müəyyən güc idarələri Məshədovun harada gizləndiyini bilsin. Bununla da Basayev onun məhvinə imkan yaradıb”, - Kadırov bildirib.

Kadırovun sözlərinə görə, respublika hakimiyyəti Məshədovun onlarla əlaqə yaratmaq arzusu haqqında informasiyanı almışdı. “Bundan Basayev müəyyən yollarla xəbər tutdu və Məshədovun niyyətlərinin qarşısının alınması üçün bütün ölçüləri qəbul etdi”.

Aslan Məshədov 1997-ci ildə özünü müstəqil elan edən Çeçen-İçkeriya respublikasının prezidenti seçilib. O, 1999-cu ildə Çeçenistan Respublikasında islam dövləti yaradaraq şəriət idarəçilik sisteminin tətbiqi haqqında fərman imzalayıb. Bundan tezliklə sonra ikinci çeçen müharibəsi başlanıb.

Qeyd edək ki, Aslan Məshədov 2005-ci ildə Federal Təhlükəsizlik Xidməti tərəfindən Tolstoy-Yurd kəndində bunkerdə öldürülüb.

Şamil Basayev isə Çeçen-İçkeriyanın rəhbərlərindən biri idi. O, ABŞ, Avropa İttifaqı və BMT tərəfindən terrorçular siyahısına salınmışdı. Basayev 2006-cı ildə öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm