İŞİD-in qadın paltarı geyinən döyüşçüsü tutuldu
Bizi izləyin

Dünya

İŞİD-in qadın paltarı geyinən döyüşçüsü tutuldu

Misir ordusu qadın paltarı geyinən “İslam dövləti” (İŞİD) terror qruplaşmasının döyüşçüsünü tutub.

Publika.az “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, terrorçu özlərini qadın kimi qələmə verməklə qaçmaq istəyiblər.

O, Misirin Sinay yarımadasının şimalında, El-Aris şəhərinin yaxınlığında saxlanılıb.

Qeyd edək ki, Sinay yarımadasının şimalında bir neçə ildir ekstremist qruplaşmalara qarşı mübarizə davam edir. İŞİD-ə sədaqət andı içən “Ənsar Beyt al-Makdis” Sinayda daha güclü mövqeyə malikdir. Qruplaşma Misirdə mülki obyektlər və əcnəbilərə qarşı həyata keçirilən terror hücumlarına görə məsuliyyəti dəfələrlə üzərinə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm