PKK-çılar azərbaycanlılara hücum etdi - VİDEO
Bizi izləyin

Dünya

PKK-çılar azərbaycanlılara hücum etdi - VİDEO

Fransanın paytaxtı Parisdə Ermənistanın işğalçı siyasətinə qarşı etiraz aksiyası keçirən azərbaycanlılar PKK bayraqları və Abdullah Öcalanın plakatlarını daşıyan qrupun hücumuna məruz qalıb. ANS PRESS-in məlumatına görə, PKK tərəfdarları azərbaycanlıların ciddi cavab reaksiyasından sonra çarəni qaçmaqda görüblər.

Etirazçılarla PKK tərəfdarları arasında qarşıdurma Fransa polisinin müdaxilə etməsi ilə sona çatııb.

Son günlər dünyanın bir çox ölkəsində yaşayan azərbaycanlılar Ermənistanın işğalçı siyasətinə qarşı yürüşlər keçirirlər. Belə aksiyalardan biri də Parisdə Ermənistan səfirliyinin qarşısında baş tutub. Aksiyaya bu ölkədə yaşayan türklər də qoşulub. Etirazçılar “erməni işğalına son” və “Qarabağ Azərbaycanındır” pankartlarını əllərində tutaraq “Qarabağ bizimdir, bizim qalacaq”, “Şəhidlər ölməz, vətən bölünməz” şüarlarını səsləndiribıər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm