Bir ailənin 7 üzvü güllələndi
Bizi izləyin

Dünya

Bir ailənin 7 üzvü güllələndi

ABŞ-ın Ohayo ştatındakı bir evdə eyni ailənin azı 7 üzvünün cəsədi aşkarlanıb. Bu barədə WCPO telekanalı məlumat yayıb.

Publika.az xəbər verir ki, insident Sinsinnati şəhərindən 56 kilometr məsafədə yerləşən yaşayış binasında qeydə alınıb. Ohayo ştatının cinayət axtarış bürosu bir neçə qətlin baş verdiyini təsdiqləsə də, həlak olanların sayını açıqlamayıb.

BNO News informasiya agentliyinin məlumatına əsasən, 7 nəfərin ölümünə atışma səbəb olub. Polis qatilin şəxsiyyətinin müəyyən olunması və onun tapılması üzrə iş aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm