Qazaxıstan hökuməti istefa verdi - Yeniləndi
Bizi izləyin

Dünya

Qazaxıstan hökuməti istefa verdi - Yeniləndi

Qazaxıstan hökuməti istefa verdi

Kərim Məsimovun Qazaxıstanın Baş naziri vəzifəsinə namizədliyi bəyənilib.Trend-in Qazaxıstan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, parlamentin iclası zamanı Məclisin komitə sədrləri çıxış edərək K.Məsimovun təcrübəsini qeyd ediblər.

Onlar K.Məsimovun Baş nazir vəzifəsinə namizədliyini bəyəniblər.

Qeyd edək ki, bu gün Serik Axmetov hökumətin iclasında Baş nazir vəzifəsindən istefa verdiyini bəyan edib.

17.32

Qazaxıstanın Baş naziri Serik Axmetov bu gün hökumətin iclasında istefa verdiyini bəyan edib.Trend-in məlumatına görə, Baş nazir deyib ki, dövlət başçısı bu gün onun istefasını qəbul edib.

Ölkə qanunvericiliyinə uyğun olaraq, Nazirlər Kabineti rəhbərinin istefası hökumətin istefası deməkdir. Habelə qanunvericiliyə uyğun olaraq, nazirlər yeni təyinatadək öz səlahiyyətlərini icra etməkdə davam edəcəklər.

Qeyd edək ki, S.Axmetov Qazaxıstan hökumətinə 2012-ci ilin sentyabrından rəhbərlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm