Dünya
Bako Saakyan terrorçuları Xocavəndə topladı
Özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran saxta qurumun qondarma “prezidenti” Bako Saakyan aprelin 24-də Azərbaycanın işğal altındakı Xocavənd rayonunda peyda olub. Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, separatçıların lideri “Xocavənd rayon administrasiyası” ilə toplantı keçirərək işğalçı ordunun durumunu və bu istiqamətdə ümumi vəziyyəti müzakirə edib, həmçinin tapşırıqlar verib.
Qanunsuz qurum rəhbərliyinin qanunsuz toplantısına “DQR”-in parmentinin sədr müavini Baqram Balayan, “müdafiə nazirinin müavini”, Qarabağ müharibəsi veteranlarının sədri Samvel Karapetyan, “könüllülər qrupu” adlandırdıqları terrorçular və digər “rəsmi” şəxslər qatılıb. Bir gün əvvəlsə erməni mənbələr B.Saakyanın Hadrut rayonunda görüş keçirdiyi xəbərini yaymışdı. Həmin görüşdə iştirak edənlərdən biri də terrorçu qrupun - “Yerkrapa” könüllülər ittifaqının sədri Manvel Qriqoryan idi.
Emənistanda saxta “soyqırım” şousunun keçirildiyi gün Qarabağ separatçılarının liderinin Xankəndindəki saxta abidəni ziyarət edərək İrəvana getməməsi, üstəlik Azərbaycanla təmas xəttinə gəlməsi diqqət çəkir. Saakyan bir tərəfdən azsaylı mülki əhalinin və hərbçilərin bölgəni tərk edəcəyindən ehtiyatlanırsa, digər tərəfdən “DQR”-i “tərəf” kimi danışıqlar prosesinə sırımaq üçün özünü gözə soxur. Hər halda B.Saakyanın növbəti bu kimi “görüşləri”ni darmadağın etmək üçün Azərbaycanın həm hüququ, həm də kifayət qədər imkanları var.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR