Təhdid kimi bəyanat: “Ankara Osmanlının sonunu unudub”
Bizi izləyin

Dünya

Təhdid kimi bəyanat: “Ankara Osmanlının sonunu unudub”

“Ankara Osmanlını yenidən canlandırmaq istəyir. Amma Osmanlı imperiyasının sonunun nə olduğunu hamımız bilirik”.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “İzvestiya” nəşrinə müsahibəsində deyib.

“Rusiya Türkiyə ilə fikir ayrılıqlarını danışıqlar stolu arxasında həll etmək üçün mümkün olan hər şey edirdi. Təəssüf ki, Krım, Suriya, qaçqınlar, terrorizm və sair məsələlərdə Türkiyə rəhbərliyinin dağıdıcı rolunu görürük. Belə təəssürat yaranır ki, Türkiyə Osmanlı imperiyasının keçmiş gücünü bərpa etmək istəyir. Ən azından onun müasir siyasətinin bütün komponentləri məhz bu şəkildə formalaşır. Osmanlı imperiyasının sonunun nə olduğunu hamımız bilirik. Ankara Osmanlının sonunu unudub”, - Zaxarova bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm