Dünya
V4 qaçqınların qəbulu üzrə icbari kvotaları rədd edir
Vışeqrad dördlüyünün xarici işlər nazirləri (Çexiya, Slovakiya, Macarıstan və Polşa) dünən günortadan sonra Praqada keçirilən görüş zamanı Avropa Komissiyasının immiqrantların Avropa İttifaqı (Aİ) ölkələri üzrə bölüşdürülməsi üzrə yeni təklifini rədd ediblər.
Xatırladaq ki, Avropa Komissiyasının təklifinə görə, qeyri-qanuni miqrantı öz ərazisində qəbul etməkdən imtina edən ölkə öz ərazisində onlara sığınacaq verən dövlətə hər bir miqrant üçün 250 min avro ödəməlidir.
Çex diplomatiyasının rəhbəri Lyubomir Zaoralek təklifin onu təəccübləndirdiyini bildirib. Xarici işlər nazirinin sözlərinə görə, Avropa Komissiyası Avropanı parçalayan bir sənədi təklif etməməlidir. Aİ üzvü olan dövlətlər arasında qaçqınların bölüşdürülməsi üzrə yeni sxem Çexiya Prezidenti Miloş Zeman da tənqid edib. Macarıstanın xarici işlər naziri Peter Siyyarto bu ideyanı qəbuledilməz, Avropa Komissiyasının bu məsələ ilə bağlı mövqeyini isə şantaj adlandırıb. Onun polşalı həmkarı Vitold Vaşikovski qaydaların dəyişdirilməsi barədə təklifin Avropa Komissiyası tərəfindən irəli sürülməsini ümumiyyətlə şübhə altına alıb.
Vışeqrad dördlüyü və “Şərq tərəfdaşlığı” ölkələri nazirlərinin danışıqlarından sonra Praqanın Çernin Sarayında təşkil edilən mətbuat konfransında Slovakiya XİN-in dövlət katibi Lukas Parizek də qaçqınların icbari kvotalar üzrə yerləşdirilməsinə qarşı çıxıb.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...