Dünya
Davudoğlunun sürpriz xələfi – bu ad ilk dəfə açıqlandı
Ədalət və İnkişaf Partiyasında (AKP) növbədənkənar qurultayın keçiriləcəyini 3 ay əvvəl proqnozlaşdıran “Hürriyyət” nəşrinin yazarı Metehan Demir Türkiyənin yeni baş nazirinin adını açıqlayıb.
Publika.az xəbər verir ki, nəşrin Ankara nümayəndəsinin sözlərinə görə, Əhməd Davudoğlunu Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz əvəz edəcək.
“İsmət Yılmazın adını da namizədlərinin siyahısına əlavə edək. Qurultayla əlaqədar məlumatlı şəxslərdən biri mənə mesaj göndərdi. “İsmət Yılmazı da kənara qoymayın” dedi”, - Metehan Demir “Habertürk” kanalının efirində söyləyib.
Qeyd edək ki, AKP-nin növbədənkənar qurultayı mayın 22-də keçiriləcək. AKP-nin sədri Əhməd Davudoğlunun əvəzləyicisi kimi dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bekir Bozdağ, Ərdoğanın kürəkəni olan enerji və təbii qaynaqlar naziri Berat Albayrak, səhiyyə naziri Mehmet Müezzinoğlu və baş nazirin müavini Numan Kurtulmuşun adı çəkilir. Lakin Türkiyə mediası daha çox “3B formulu”na daxil edilən Binali Yıldırım, Bekir Bozdağ və Berat Albayrakın üzərində dayanır.
Ömər Dağlı
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO