Etniklər Moskva qəbiristanlığını qana boyadı - 500 nəfərlik toqquşma
Bizi izləyin

Dünya

Etniklər Moskva qəbiristanlığını qana boyadı - 500 nəfərlik toqquşma

Moskvanın Xovanski qəbiristanlığında bu gün bir neçə etnik cinayətkar qruplaşmanın iştirakı ilə kütləvi dava olub.

Publika.az Life.ru portalına istinadən xəbər verir ki, toqquşmalarda 500-dən çox insan iştirak edib.

Məlumata görə, əlbəyaxa dava ilə başlanan qarşıdurma sonradan atışmaya keçib. Dava iştirakçılarında dəmir alətlər, o cümlədən armatur və odlu silah olub.

Portal qeyd edir ki, hadisə yerinə polis əməkdaşları, həmçinin beş təcili yardım briqadası cəlb edilib.

“RİA-Novosti” agentliyinə paytaxtın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, qarşıdurma nəticəsində bir neçə insan həlak olub.

“Davanın gedişatında odlu silah tətbiq edilib. Buna görə də bir neçə nəfər həlak olub, ağır yaralıları var. Təcili tibbi yardım onları ərazidən çıxarır”, - agentliyin həmsöhbəti deyib.

“İnterfaks” isə şəhərin təcili tibbi xidmətdəki mənbəyə istinadən yazır ki, ilkin məlumatlara görə, hadisə zamanı bir polis əməkdaşı da həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm