Dünya
Baş nazir: “Təyyarə qəzasında terror versiyası istisna edilmir”
Misirin “Egypt Air” şirkətinə məxsus A320 sərnişin avialaynerinin içində terror aktının törədilməsi istisna edilmir.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Misirin baş naziri Şərif İsmayıl Qahirədə mətbuat konfransında bildirib.
Baş nazir qeyd etdi ki, bütün versiyalar axtarış əməliyyatının tamamlanmasından sonra səsləndiriləcək.
Fransa Aviasiya hadisələrinin araşdırılması üzrə İdarənin keçmiş rəhbəri, aviasiya eksperti Jan-Pol Troadek də terror versiyasını dəstəkləyir. Onun sözlərinə görə, laynerin göyərtəsindən qəza siqnalının verilməməsi təyyarə qəzasına terror aktının səbəb olduğunu göstərir.
“Texniki problem, yanğın və ya mühərrikin sıradan çıxması ani qəzaya səbəb olmur. Bu hallarda ekipajın reaksiya verməsi üçün vaxtı olur. Ekipaj heç nə bildirməyib və heç nəyə təşəbbüs etməyib. Buna görə də hesab edə bilərik ki, hadisənin baş verməsində kənar amil rol oynayıb. Əlbəttə ki, terror aktını nəzərdə tuturuq”, - ekspert vurğulayıb.
Misir aviaşirkətinə məxsus təyyarə ötən gecə Parisdən Qahirəyə uçarkən radarlardan itib. İçində 56 sərnişin və 10 ekipaj üzvünün olduğu təyyarənin Aralıq dənizinə düşdüyü ehtimal edilir.
Yunan adalarının sakinlərinin iddiası da təyyarənin düşməsində terror versiyasını gücləndirir. “Haaretz” portalı bildirir ki, yunan adalarının sakinləri səmada partlayışı görüblər.
Ömər Dağlı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR