Dünya
Qardaşının nazir olduğunu bazarda öyrəndi... - TÜRKİYƏDƏ
Türkiyənin yeni seçilən nazirinin bacısı xoş xəbəri bazarda öyrəndi.
ANS PRESS-in "Hürriyyət"ə istinadla verdiyi məlumata görə, elm, sənaye və texnologiya naziri olan millət vəkili Faruk Özlünün bacısı Düzcə rayonunun Topçular kəndində bazarda çalışır. Mürvet Çolak bazarda tərəvəz satır. Qardaşının nazir olduğunu da o məhz piştaxta arxasında olarkən alıb.
63 yaşlı qadına xoş xəbəri bazar yoldaşları veriblər. "Vətənə, millətə xeyirli olsun. Çox sevindim. Qardaşım işgüzar, dürüst, tutduğunu qoparan adamdır. Çox çalışqan olduğu üçün gözləntimiz də çoxdur. Düzcə xalqı onu çox sevir. Ona görə də deputat seçib".
Beş bacı-qardaş olduğunu deyən qadın nazir qardaşının onlara tez-tez baş çəkdiyini bildirib. Onun sözlərinə görə, atası hər zaman onları dövlətin yolunda çox çalışmağa səsləyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökuməti bu gün təsdiqləyib. 65-ci hökumətdə yer alan Faruk Özlü (sənaye və texnologiya naziri) daha öncə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Təhlükəsizlik Komissiyasının rəhbəri vəzifəsində işləyib.
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...
-
Hadisə00:00
Xoşqədəm baldızı tərəfindən döyülən qadının VİDEOSUNU YAYDI
-
Əmlak5 Oktyabr 23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO
-
Hadisə5 Oktyabr 23:24
Hacıqabulda AĞIR QƏZA: bir ailənin üç üzvü...
-
Magazin25 Oktyabr 21:48
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
-
Magazin15 Oktyabr 20:36
Aynur Dadaşova tanınmaz halda - FOTO