Murat Karayılan öldürüldü?
Bizi izləyin

Dünya

Murat Karayılan öldürüldü?

PKK terror təşkilatının lideri Murat Karayılanın ölüm xəbəri yayılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, terrorçu Karayılanın ötən gün Türkiyə Silahlı Qüvvələrinin “Bordo bereliler” xüsusi təyinatlıları tərəfindən Kandildə keçirilən hərbi əməliyyatlar zamanı öldürülüyü deyilir.

Murat Karayılanın ölümü ilə bağlı hələlik rəsmi məlumatlar verilməsə də, ancaq ötən gündən başlayaraq Türkiyə ictimaiyyəti sosial şəbəkələrdə bir-birlərinə təbrik mesajları verirlər.

Xatırladaq ki, “uşaq qatili” kimi tanınan Murat Karayılan uzun illərdir ki, Türkiyənin xüsusi xidmət orqanları tərəfindən axatrılır. Hətta, Murad Karayılanın adı 2015-ci ildə Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan “ən çox axtarılan terrorçular” siyahısına salınıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm