Ərdoğanı təhqir edən siyasətçinin üzünə tort atdılar - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğanı təhqir edən siyasətçinin üzünə tort atdılar - VİDEO

Almaniya parlamentinin “Sollar” fraksiyasının liderlərindən biri olan Saru Vaqeknext torta “qonaq” edilib.

Publika.az “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, hadisə Maqdeburqda “Sollar”ın partiya qurultayında baş verib.

Məlumata görə, gənc bir şəxs tortu siyasətçisinin üzünə çırpıb. Hücumun videogörüntüləri internetdə dərc edilib. O, tortu atdıqdan dərhal sonra siyasətçidən uzaqlaşır, sonra isə mühafizəçinin müşayiəti ilə zaldan çıxarılır.

KİV-in məlumatına görə, hücum edən şəxs anti-faşist fəalıdır. Onun özü bu hərəkəti “insansevməzlər üçün tortlar” adlandırıb.

“Spiegel” bildirir ki, “Sollar” Almaniyada miqrantların qəbuluna qarşı çıxır. Vaqenknext Berlinin miqrasiya siyasətinə qarşı öz fikirləri ilə məşhurdur. O, həmçinin Rusiyaya qarşı sanksiyaların ləğvini dəstəkləyir və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “terrorizmin xaç atası” adlandırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm