Dünya
Putin: “Bundan sehrbazlıq gözləməyək”
“Avrasiya İqtisadi İttifaqı ilə qarşılıqlı münasibətlər ölkəyə cari çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Avrasiya İqtisadi İttifaqı ilə qarşılıqlı münasibətlərdə heç bir sehrli vasitəni gözləmirik. Amma şübhəsiz ki, bu bizə cari çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Mən bundan heç şübhələnmirəm”, — Putin vurğulayıb.
Eyni zamanda, Rusiya liderinin sözlərinə görə, ikitərəfli münasibətləri də daim müzakirə etmək lazımdır: “Mən qarşılıqlı münasibətlərimizin geniş ölçüsünü nəzərdə tuturam”.
Qeyd edək ki, bu gün Qazaxıstanın paytaxtı Astana şəhərinin “Akord” sarayında Avrasiya İqtisadi İttifaqına üzv ölkələrinin (Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan) dövlət başçılarının görüşü olacaq.
Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqavilə 2014-cü ilin mayında Astanada imzalanıb. Rusiya, Belarus və Qazaxıstan təşkilatın həmtəsisçiləridir. Ermənistan və Qırğızıstan quruma sonradan qoşulub.
Ömər Dağlı
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...