Dünya
Amerika filmində rüsvayçılıq: türk bayraqlı terrorçular – VİDEO/FOTOLAR
2012-ci il 11 sentyabrda ABŞ-ın Liviyadakı səfiri Kristofer Stevansın öldürülməsindən bəhs edən “13 Saat: Benqazinin gizli əsgərləri” (“13 Hours: Secret Solduyar of Benghazi”) filmində rüsvayçılığa yol verilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, filmdə ön plandakı terrorçulardan birinə Türkiyə bayraqlı forma geyindirilib.
Türk bayraqlı terrorçu az qala hər kritik səhnədə iştirak edir. Filmin 36-cı dəqiqəsində isə səfirlik binasına nəzarət edən şəxslərdən biri də türk bayraqlı forma geyinən terrorçudur.
Qeyd edək ki, ABŞ-da çəkilən, islamiyyəti və Həzrət Məhəmmədi (s.ə.s) təhqir edən, islamı “xərçəng” adlandlıran “Müsəlmanların məsumiyyəti” (“Innocence of Muslims”) adlı filmə etiraz edən insanlar 11 sentyabr 2012-ci il axşam saatlarında Benqazidə ABŞ səfirinin qaldığı binanın qarşısında etiraz nümayişinə başlayıb. Qısa müddət ərzində nəzarətdən çıxan insanlar səfirlik binasına qumbaralar və RPG-7 minaatanla hücum ediblər. Səfiri tapa bilməyən “Əl-Qaidə” terror təşkilatına bağlı “Ensaruş Şeria” qrupunun üzvləri binanı yandırıblar. Bu zaman səfir tüstünün içində qalıb.
Səfir tüstüdən boğulmuş halda Benqazi Tibb Mərkəzinə aparılıb. Lakin 1,5 saatdan sonra həyatını itirib. Səhərə qədər davam edən qarşıdurmalardan sonra səfir və digər 3 səfirlik əməkdaşının həyatını itirdiyi açıqlanıb.
Ömər Dağlı
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə7 Oktyabr 19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü