İndoneziyada 6,6 bal gücündə zəlzələ olub
Bizi izləyin

Dünya

İndoneziyada 6,6 bal gücündə zəlzələ olub

İndoneziya sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu haqda ABŞ-ın Geoloji xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19:15 radələrində qeydə alınıb. Zəlzələnin episentri Ternate adasından 123 kilometr şimal-qərbdə, zəlzələ ocağı 67,8 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Xatırladaq ki, iyunun əvvəllərində İndoneziyada baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində ən azı bir nəfər ölüb, azı 14 nəfər yaralanıb. Həmçinin bir neçə bina, o cümlədən məktəbi dağılıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm