Türkiyəyə “qırmızı kart”: “Mən yaşadığım müddətdə...”
Bizi izləyin

Dünya

Türkiyəyə “qırmızı kart”: “Mən yaşadığım müddətdə...”

İngiltərənin baş naziri Devid Kamerondan sonra maliyyə naziri naziri Corc Osborn da referenduma hazırlıq kampaniyasında Türkiyədən alət olaraq istifadə etməyə başlayıb.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, nazir Türkiyənin Avropa Birliyinə üzv olmayacağını söyləyib.

“Mən yaşadığım müddətdə Türkiyə Avropa Birliyinə üzv olmayacaq. Türkiyə geriyə gedib. Demokratiya və insan haqları ilə əlaqədar böyük narahatlıqlar var. Britanya hökumətinin siyasi seçimi Türkiyənin hazırkı mərhələdə Avropa Birliyinin üzvü olmamasıdır”, - nazir BBC-də qatıldığı bir proqramda deyib.

Türkiyənin Avropa Birliyinə üzvlüyünə ən qatı əleyhdarlardan biri olan Kameron 2010-cu ildə birliyə qəbul edilməsi üçün Türkiyənin “ən güclü sözçüsü” olacağını söyləmişdi.

Amma Kameron ötən ay bildirib ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü uzaq ehtimaldır: “Türkiyə üzvlük üçün 1987-ci ildə müraciət etdi. Bugünkü irəliləyişlə Avropa Birliyinə daxil olmaları böyük ehtimalla üç min il çəkəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm