Dünya
ABŞ hansı ölkəyə hücum edəcək? – MÖVQE
Əfqan əsilli ABŞ vətəndaşı olan Ömər Matinin Orlando
şəhərindəki “Pulse” gecə klubuna hücumu “Vaşinqton hansı siyasəti
yürüdəcək?” sualını gündəmə gətirdi. Və bu səbəbsiz deyil. Çünki 11
sentyabr hadisələrindən sonra Əfqanıstana və İraqa girən ABŞ-ın
“əkiz qüllələri” bəhanə üçün özünün partlatdığı iddiaları var idi.
İndiyə qədər Vaşinqton siyasətinin bu cür çalarları müşahidə
olunub. İndi də məhz əfqan əsilli vətəndaşın hücum etməsi, xüsusilə
onun İŞİD-ə sədaqət andı içməsi haqda iddialar diqqətdən
yayınmır.
ABŞ hansı siyasəti izləyəcək, yaxud hansı ölkəyə hücum
edəcək?
“Bu məsələdə islamın adının hallanması
bəhanədir”
Yaxın Şərq üzrə ekspert Sədrəddin Soltan
Publika.az-a açıqlamasında 2001-ci il 11 sentyabr
terrorundan sonra Əfqanıstanda koalisiya qüvvələrinin birlikdə
hərbi əməliyyata başlamasını xatırladıb: “1996-cı ildən Əfqanıstanı
idarə edən Taliban hərəkatı həmin il hakimiyyətdən uzaqlaşdırıldı.
Cinsi azlıqlar bütün cəmiyyətlərin həm də ən zəif bəndidir. Bu
hadisə həm ABŞ-da belə zəif bəndlərin haqlarının qorunmasının
istənilən səviyyədə olmadığını, eləcə də belələrinə cəmiyyətin
dözümsüzlüyünü göstərdi. Halbuki ABŞ və Avropa İttifaqı başqa
dövlətləri cinsi azlıqların haqlarının tapdanmasında tənqid edir.
Ancaq bu hadisə vəziyyətin əksini sübut etdi. ABŞ-da cəmiyyətin bu
təbəqəsinin hər il ənənəvi yürüşü keçirilir. Baş verən hadisə
məsələnin heç də yürüşün və ya ona oxşar şounun keçirilməsi ilə
bitmədiyini sübut edib. Başqa sözlə çeşidli dövlətlərdə bir mənalı
qəbul edilməyən cinsi azlıqlarla bağlı problemin ABŞ cəmiyyətində
həll olunmadığı məlum olub. Bu məsələdə İŞİD-in və ya islamın
adının hallanması isə daha çox bəhanəyə də oxşayır. Çünki islam
dini ilə yanaşı nə xristian, nə də iudaizm dinləri belə
davranışları (cinsi azlıqları) qəbul etmir”.
“Bu hadisə ABŞ-ın terrorçuluğa qarşı mübarizəsinə təsirsiz
ötüşməyəcək”
Politoloq hesab edir ki, bu hadisədən Respublikaçılar Partiyası
noyabrda keçiriləcək prezident seçkisi qabağı təbliğat
kampaniyasında yararlanmağa çalışacaq.
“Onlar demokratları vətəndaşların haqlarının qoruya bilməməkdə ittiham edəcəklər. Məsələn, respublikaçılardan prezidentliyə namizədliyə iddiaçı Donald Trampın ABŞ prezidenti Barak Obamanın istefasını tələb etməsi bu qəbildən sayıla bilər. Cinsi azlıqların müdafiəsinin dünyada güclənməsi üçün bu hadisə müəyyən stimul verə bilər. Çünki onsuz da ABŞ başda olmaqla Qərb dövlətləri bu istiqamətdə fəaliyyət göstərir. Bundan sonra ola bilər ki, insan haqlarının qorunması məsələsində ağırlığı daha çox cinsi azlıqların müdafiəsinə yönəltsinlər. Heç şübhəsiz bu hadisə ABŞ-ın terrorçuluğa qarşı mübarizəsinə də təsirsiz ötüşməyəcək. Dünyanı İŞİD bəlasından qurtarmaq üçün əlavə vəsait ayrılacaq və canlı qüvvə cəlb ediləcək. ABŞ indi hara hücum edəcək? Sadəcə terrorçuluğa qarşı mübarizə bundan sonra kəskinləşə bilər”, - deyə o qeyd edib.
İŞİD məhv ediləcək
Politoloq Natiq Miri isə Publika.az-a
açıqlamasında bildirib ki, ABŞ bu hadisədən sonra İŞİD-ə qarşı
siyasətini radikallaşdıracaq: “Amerika indiyə qədər İŞİD-lə
mübarizənin imitasiyasını edirdi. Bu hadisədən sonra ABŞ Suriya və
İraqda İŞİD-i tamamilə yox edə bilər”.
Digər tərəfdən, N. Miri hadisənin seçki ərəfəsində baş verməsinə xüsusisi diqqət çəkir.
“Bu hadisənin seçkilərə hesablandığı da şübhəsizdir. Çünki Tramp
anti-müsəlman mövqeyi ilə tanınır. Ola bilsin ki, ona dəstək verən
qüvvələr bu hadisəni törətməklə Trampın mövqelərini gücləndirmək
istəyirlər. Hesab edirəm ki, Mərkəzi Kəşfiyyat İdarəsi bununla
bağlı istintaq prosesi başlaya bilər”, - deyə politoloq
vurğulayıb.
Asif
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi
-
Dünya13:28
Antalya Hava Limanının tualetində şok görüntü - Rus qadın 12 dəqiqəyə...
-
MDB13:10
SON DƏQİQƏ: Rusiya qoşunları bu əraziləri nəzarətə götürdü
-
Magazin112:46
Tatlısəsdən Alim Qasımova qarşı təxribat: “Elə günə qoydu…”