“Kürdlər ilə türklər arasında müharibə olacaq” – PROQNOZ
Bizi izləyin

Dünya

“Kürdlər ilə türklər arasında müharibə olacaq” – PROQNOZ

“Kürdlər ilə türklər arasında yüksələn gərginlik etnik bir döyüşə çevrilə bilər”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu proqnozu Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş İrlandiyanın “The Irish Times” qəzetinə müsahibəsində səsləndirib.

Kürd siyasətçi qeyd edib ki, Türkiyədə dinclik və sülh olmadan Suriyada sülhdən danışmaq mümkün deyil. O, Suriyadakı müharibənin Türkiyədəki qarşıdurmalarla bağlı olduğunu vurğulayıb.

“Avropada hökumətləri qaçqın böhranına görə Ərdoğanla yaxşı əlaqələr qurublar. Bu böyük bir səhvdir”, - HDP-nin həmsədri bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm