Dünya
Birləşmiş Krallıqda “türk problemi”
Birləşmiş Krallıqda “Brexit” üçün sayılı günlər qaldı. Seçicilər Britaniyanın Avropa Birliyində (AB) qalıb-qalmayacağını müəyyənləşdirmək üçün iyunun 23-də seçki qutularının başına keçəcəklər.
Türkiyənin mümkün AB üzvlüyü isə referendumun gündəm mövzuları arasındadır...
Publika.az xəbər verir ki, “Daily Telegraph” nəşrinin manşetində yer alan “Türk problemi” başlıqlı məqalədə Türkiyənin AB-yə üzvlüyünün Britaniyanın gələcəyi üçün təxmin ediləndən daha böyük bir problem yaradacağı bildirilir.
“Referendum öncəsi keçirilən kampaniyada bizə deyilməyənlər deyilənlər qədər əhəmiyyətlidir. Yaxın bir neçə ildə AB-də qalma tərəfdarlarının etiraf etmədiyi proseslər baş verəcək. Bunlardan bəlkə də ən böyük problem Türkiyənin statusudur. Baş nazir Devid Kameron bazar günü BBC-yə verdiyi müsahibəsində Türkiyənin AB-yə üzvlüyünə veto qoyub-qoymayacağınına dair suala cavab vermədi, yalnız belə bir şeyin olmayacağını söyləməklə kifayətləndi. İngiltərənin uzun müddətdir yürütdüyü siyasət Türkiyənin AB-yə üzv olmasına kömək etməkdir”, - “Daily Telegraph” qeyd edib.
Nəşr xatırladır ki, Kameron 2010-cu ildə - baş nazir olmasından qısa müddət sonra Türkiyənin AB-yə üzvlüyünün Britaniya iqtisadiyyatı, təhlükəsizliyi və diplomatiyası üçün həyati əhəmiyyət daşıyacağını bildirib: “O, bu mövqeyini 2014-cü ildə də təkrarladı. Kameron Türkiyənin AB-yə üzvlüyünü dəstəkləməklə yanaşı Ankaraya insan haqları ilə əlaqədar şərtləri yerinə yetirməsi üçün onlarla il vaxtın lazım olduğunu deyir. Bu iki mövqe bir-biri ilə necə uzlaşacaq”.
“Daily Telegraph” Ankaranın əhəmiyyətli rıçaqlara sahib olduğunu və buna görə də Türkiyə vətəndaşlarına Şengen zonasına vizasız səyahət hüququnun veriləcəyini vurğulayıb. Qeyd olunur ki, mediaya sızan diplomatik yazışmalar da İngiltərənin bəzi Türkiyə vətəndaşlarına xüsusi səyahət hüququ verə biləcəyini göstərir.
“Türkiyənin AB-ə üzv olmasının təsirləri çox böyükdür. Bu təsir yalnız miqrantla bağlı deyil. Nələrin baş verəcəyi bizə referendumdan sonra deyil, əvvəl deyilməlidir”, - nəşr yekunlaşdırıb.
Ömər Dağlı
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, Hizbullah isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI
-
Maraq dünyası05:45
Günəş sistemindəki ən böyük fırtına ilə bağlı təəccübləndirən kəşf
-
İKT03:35
“WhatsApp”da daha bir yenilik
-
Sosial02:19
Emin ev qazanan qazi ailəsinin yeni görüntülərini paylaşdı - VİDEO