
Myanmada müsəlmanların yaşadığı kəndə buddist qruplar
tərəfindən hücum olub.
ANS PRESS-in xəbərinə görə, Myanmaın ən
böyük şəhəri olan Yanqonda buddist qruplar müsəlmanların kompakt
yaşadığı kəndlərdən birində evlərə hücum ediblər.
Yanqonun 40 kilometr şimalında yerləşən Hilequ kəndinin
sakinlərinə daşla və çubuqlarla hücum
edən 100 nəfərlik buddist qrup Myanma polisinin müdaxiləsi ilə
uzaqlaşdırılıb. Təhlükəsizlik qüvvələri idarəsi bölgəyə nəzarət
etmək üçün kəndlilərə küçəyə çıxmamağı tapşırıb.
Kənd sakini Sann Aunq çıxan hadisə zamanı müsəlmanlara aid iki evin
buddist qrup tərəfindən hücuma məruz qaldığını, qrupdakıların isə
"Müsəlmanları öldürmək istəyirik" deyə qışqırdığını bildirib.
Ölkənin şimalında başlanan müsəlmanlara qarşı hücumlar daha sonra
ölkənin bir çox yerlərində də özünü göstərir.
Qeyd edək ki, Myanmada 2011-ci ildən bəri
buddistlərin həyata keçirdiyi hücumlarda minlərlə müsəlman həyatını
itirib, on minlərlə müsəlman isə yaşadıqları torpaqları tərk etmək
məcburiyyətində qalıb.