Böyük Britaniya Avropa Birliyindən çıxsa nə baş verəcək?
Bizi izləyin

Dünya

Böyük Britaniya Avropa Birliyindən çıxsa nə baş verəcək?

Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxması AB-nin Şərqi Avropadakı üzvləri üçün “domino effekti” yarada bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Lüksemburqun Xarici İşlər Nazirliyinin başçısı Jan Asselborn bildirib.

“Brexit”in (Britaniyanın AB-dən çıxmaşı – red.) Şərqi Avropada “domino effekti”nə gətirib çıxaracağını istisna etmək olmaz”, - o, “EurActiv” portalına müsahibəsində deyib.

Asselbornun fikrincə, Böyük Britaniyanın baş naziri Devid Kameronun referendumla bağlı qərarı tarixi səhvdir.

Xatırladaq ki, Böyük Britaniyanın AB-də üzvlüyü haqqında referendum iyunun 23-də keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm