Dünya
Bir gündə 40 nəfər həlak oldu
Küveytdə sülh danışıqlarının davam etməsinə baxmayaraq, Yəmənin müxtəlif rayonlarında gedən şiddətli döyüşlər zamanı 40-dan çox insan həyatını itirib.
Publika.az bildirir ki, bu barədə hərbi
mənbələrə istinadən "Frans Press" məlumat verib.
Bu gün Küveytdə səfərdə olan BMT-nin baş katibi Pan Gi Munun
münaqişə tərəfləri ilə bir masa arxasında görüşəcəyi gözlənilir.
Danışıqlar iki aydan çoxdur davam etsə də, hələ ki, bir nəticə
yoxdur.
Agentliyin məlumatına görə, son sutka ərzində üsyançı husilər
Yəmənin cənubunda yerləşən Lahc və Taiz şəhərləri ilə sərhəddə
hücum təşkil ediblər. Onlara yerli hakimiyyəti dəstəkləyən ərəb
koalisiyasının təyyarələri qarşılıq verib. Həmçinin ordu ilə
toqquşma baş verib. Bir neçə rayonda təqribən 16 üsyançı və 3
hərbçi həyatını itirib.
Taiz şəhərində husilərin yerli hərbi bazaya hücum etməsi
nəticəsində daha 6 hərbçi ölüb.
Husilərin daha bir hücumu ölkənin şimalında yerləşən Naham
rayonunda qeydə alınıb. Orada sutka ərzində 9 husi və 7 hərbçi
həlak olub.
Yəməndə 2014-cü ildən silahlı münaqişə gedir.\Report
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO