Dünya
Türkiyə qalib gəldi: İsrail bütün şərtləri qəbul etdi - DETALLAR
İsrailin Qəzza və Həmasla bağlı son tələbləri Türkiyə
tərəfindən qəbul edilməyib. Lakin Türkiyə əsl qalibiyyət
anlaşmasına imza atıb.
Publika.az xəbər verir ki, “Haber7” saytının
yazarı Taha Dağlı Türkiyə-İsrail münasibətləri ilə bağlı maraqlı
məqamları ortaya çıxarıb.
Müəllif yazır ki, Hadar Qoldin, Oron Shaul və Avera Menqistu
adlı üç İsrail əsgəri Həmasın əlindədir: “İsrailin 2014-cü ildə
Ramazan ayında başlayaraq, 52 gün davam edən Qəzza hücumu zamanı
Hamas bu əsgərləri girov götürüb. İki əsgərin öldüyü təxmin olunur,
lakin cəsədləri yoxdur. Avera Menqistu isə itkin düşüb. Üç əsgərin
ailələri iki ildir ki, hökumətə təzyiq edərək “Həmasla müzakirələr
aparın, övladlarımızı geri alın” deyirlər. Lakin İsrailin müzakirə
etmək niyyəti yoxdur. Çünki 10 il öncə Qəzza hücumunda Həmas Gilad
Şalit adlı İsrail əsgərini tutmuşdu. 5 il sonra, 2011-ci ildə
İsrail həmin əsgərin əvəzinə 1027 fələstinli əsiri azad etmişdi.
İndi üç əsgərin əvəzi İsrail üçün daha ağır ola bilər. Ona görə də
Netahyahu ailələrin fəryadlarını eşitmək istəmir”.
Müəllif qeyd edir ki, Türkiyə ilə İsrail razılaşma əldə etdiyi
vaxt həmin əsgərlərin ailələri hökumətin binası önündə çadır
quraraq etiraz aksiyasına başladı: “Ailələrdən ikisi övladlarının
öldürüldüyünü düşünür, sadəcə olaraq, cəsədlərini tələb edirlər.
Menqistunun ailəsi isə övladlarının fələstinli əsirlərlə
dəyişdirilməsini istəyir. Əsgər ailələri və onlara dəstək verən
ictimai təşkilatlar Türkiyə ilə İsrail anlaşmasına bu maddənin də
daxil edilməsini tələb edirlər. Romadakı görüşlərdə itkin əsgərin
də məsələsinin gündəmə gəldiyi iddia olunur. Israil Türkiyəyə “biz
sizin tələb etdiyiniz üzr istəmə, təzminat və embarqo şərtlərini
qəbul etdik, siz də Həmasın əlindən iki əsgərin cənazəsi ilə
birlikdə digərini alın” mesajını verib. Türkiyə isə bu təklifi rədd
edib, itkin əsgərlərlə bağlı Həmas üzərindən hərəkət edilməyəcəyini
deyib”.
T. Dağlı Türkiyə-İsrail anlaşmasının digər detallarını da
açıqlayıb.
“Mavi Mərmərə hadisələrinə görə Türkiyədən üzr istənib. Şəhidlər
üçün 21 milyon dollar təzminat ödənilməsi qəbul edilib. Bununla
birlikdə Qəzzaya tətbiq olunan embarqonun Türkiyə üçün xüsusi bir
şəkildə aradan qaldırılmasına razılıq verilib. Beləliklə, Qəzzanın
su və elektrik enerjisi problemi həll olunacaq, bölgədə su elektrik
stansiyası qurulacaq. Həmçinin, xəstəxana tikiləcək. Bununla
yanaşı, Türkiyənin Həmasla münasibətlərinə İsrail qarışmayacaq.
Həmas lideri Halid Meşal Türkiyəyə rahat şəkildə gəlib-gedəcək”, -
deyə siyasi yazar qeyd edib.
Asif
-
Sosial22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…