Türkiyə ilk yardım gəmisini yola salır – BÖHRANDAN SONRA
Bizi izləyin

Dünya

Türkiyə ilk yardım gəmisini yola salır – BÖHRANDAN SONRA

Ötən gün Türkiyə ilə İsrail arasında əldə olunan tarixi razılaşmadan sonra Fələstin əhalisi üçün Qəzza bölgəsinə humanitar yardım aparacaq gəminin yola düşmə vaxtı məlum olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Lady Leyla” gəmisi bu il iyulun 1-də Türkiyənin Mersin dəniz limanından Qəzzaya yola düşəcək.

Gəmi iyulun 3-də isə İsrailin Aşdod limanına çatacaq. Yardımın Ramazan bayramına qədər Qəzzaya çatdırılması nəzərdə tutulub.

Fələstinə yardım aparacaq gəmisinin göyərtəsinə 5 min ton un, 2 min ton düyü, şəkər tozu daxil olmaqla ümumilikdə 10 min ton ərzaq məhsulları yüklənəcək. Bundan əlavə, gəmi ilə Ramazan bayramı ərəfəsində fələstinli uşaqlar üçün 10 min ədəd oyuncaq da aparılacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm