Begemotlar turistlərə hücum etdi - Anbaan video
Bizi izləyin

Hadisə

Begemotlar turistlərə hücum etdi - Anbaan video

Namibiyada begemot turistlərin olduğu qayığa hücum edib.

Publika.az xəbər verir ki, heyvanın hücumu "Daily Mail" tərəfindən lentə alınıb.

Çobe çayı boyunca qayıqla hərəkət edən turistlər bir qrup begemotla rastlaşıblar. Begemotlar qayığa yaxınlaşıb və onlardan biri turistlərə hücum edib. Dişləri ilə motora bir neçə dəfə zərbə vuran begemot daha sonra uzaqlaşmağa başlayıb.

“Biz qayıqda sakit idik və begemotlardan təhlükəsiz məsafəyə çatanda mühərrik söndürüldü. Kapitanımız çətinliklə üzləşdiyimizi anlayanda qayığı fırladıb uzaqlaşdı”, - ekskursiya iştirakçısı Ceki Boşoff bildirib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm