ABŞ kəşfiyyatından ŞOK İDDİA: “İŞİD 30 döyüşçüsünü Türkiyəyə göndərib”
Bizi izləyin

Dünya

ABŞ kəşfiyyatından ŞOK İDDİA: “İŞİD 30 döyüşçüsünü Türkiyəyə göndərib”

İstanbul Atatürk hava limanında törədilən terror hücumundan sonra ABŞ şok iddia səsləndirib.

Publika.az CNN Türk-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Brennan 30 İŞİD üzvünün Türkiyəyə göndərildiyini deyib.

Brennan İŞİD döyüşçülərinin “Əl-Qaidə”nin ən güclü olduğu dövrdən belə çox olduğunu bildirib.

CİA-nın direktoru ötən həftə ABŞ Senatının kəşfiyyat komitəsini İŞİD təhlükəsi haqqında məlumatlandırıb. Brennan təşkilatın Liviyanı əməliyyat mərkəzi olaraq istifadə etməsindən narahatlığını ifadə edib. Komitəyə təqdim edilən hesabatda bildirilib ki, İŞİD-in Liviyada aktivləşməsi Avropada terror hücumlarını artıra biləcək bir faktordur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm