Prezident əmr etdi: “Onları tanıyırsınızsa, öldürün!”
Bizi izləyin

Dünya

Prezident əmr etdi: “Onları tanıyırsınızsa, öldürün!”

Filippinin yeni seçilmiş prezidenti Rodrigo Dutertenin narkotikdən asılı olanlarla bağlı söylədikləri xalqda böyük reaksiya doğurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı xalqa müraciət edərək narkotikdən asılı olanları öldürməyə çağırıb.

O, qələbə qazandıqdan sonra verdiyi ilk bəyanatlardan birində ölkədə narkotik ticarətini tamamilə aradan qaldıracağı barədə söz verib.

“Bunlar uşaqlarımızı yox edirlər. Sizi xəbərdar edirəm, bu yola getməyin. Polis olsanız belə, sizi öldürərəm. Əgər sizin bu cür tanışlarınız varsa, onları öldürün”, - o, deyib.

Ancaq bu hadisə Duterte ilə bağlı ilk qalmaqal deyil. O, prezidentliyə namizəd olarkən təcavüz edilərək öldürülən bir qadınla əlaqədar “əvvəlcə mən təcavüz etməliydim” söyləmişdi. Amma sonra sözlərinin səhv başa düşüldüyünü iddia edən Duterte “zarafat” etdiyini bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm