Rza Zərrab azadlığa çıxmaq üçün buna da əl atdı
Bizi izləyin

Dünya

Rza Zərrab azadlığa çıxmaq üçün buna da əl atdı

ABŞ-da həbsdə olan İranın Azərbaycan əsilli iş adamı Rza Zərrab dünyanın ən böyük hüquq şirkətlərindən olan “Clifford Chance” firması ilə müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, Nyu-Yorkda keçiriləcək məhkəmədə Rza Zərraba qarşı çirkli pulların yuyulması, bank saxtakarlığı və ABŞ tərəfindən İrana tətbiq olunan sanksiyalara qarşı addımlar atmaqla bağlı ittihamlar irəli sürüləcək. Bundan sonra azərbaycanlı iş adamını məşhur ingilis hüquq şirkəti “Clifford Chance” müdafiə edəcək.

Onun vəkilləri sırasına “Clifford Chance”in Vaşinqton bürosundan Georgi Kleinfeld və Nyu-York bürosundan Edvard Kasey daxil olub.

Qeyd edək ki, pul qarşılığında azadlığa çıxmaq istəyi rədd olunandan sonra R. Zərrab vəkillər qrupuna ABŞ-ın ədliyyə nazirinin keçmiş köməkçisi və Zərrab haqqında ittihamnamə hazırlayan baş prokuror Preet Bhararanın tələbə yoldaşı olmuş Viet Dinhi də daxil etmişdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm