Ərdoğanın qaldığı otelə hücumun görüntüləri - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğanın qaldığı otelə hücumun görüntüləri - VİDEO

Marmarisdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə vertolyotlardan atəş açılması və polis qrupları tərəfindən açılan cavab atəşinin görüntüləri yayılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüntülərədə vertolyotlardan enən ağır silahlı şəxslərin oteli mühasirəyə alıdığı yer alıb.

Ərdoğanın Marmarisdən ayrılmasından sonra otelə 2, yaxud da 3 vertolyotdan atəş açılır. Hadisə şahidlərinin verdiyi məlumata görə, otel üzərində bir müddət hərəkətsiz qalan vertolyotlardan üzləri maskalı və ağır silahlar daşıyan 10-15 nəfərlik qrup enib.

Məlumata görə, oteli mühasirə altına alan silahlı kəslər hələ də oradadır. İlkin məlumatlara görə, qiyamçılarla polislər arasında baş verən atışma zamanı 5 polis yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm