• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Putin III Dünya Müharibəsinə başlaya bilər – ŞOK PROQNOZ

  • Dünya
  • 27 İyul 2016 19:36
  • 1 744 Baxış
Putin III Dünya Müharibəsinə başlaya bilər – ŞOK PROQNOZ

“Atlantic Council” Amerika analitik mərkəzinin ekspertlərinin fikrincə, Rusiya Polşanı bir gecə ərzində tuta bilər. NATO-nun Avropadakı qüvvələrinin keçmiş baş komandanlığı Riçard Şireff isə hesab edir ki, Rusiya prezidenti Vladimir Putin istənilən vaxt Polşaya müdaxilə haqqında qərar qəbul edərək III Dünya Müharibəsinə başlaya bilər.

Publika.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert, “Warsaw Enterprise Institute” analitik mərkəzinin əməkdaşı Ancey Talaqa “Fronda.pl” saytına müsahibəsində sözügedən proqnozları şərh edib.

Həmin müsahibəni ixtisarla təqdim edirik.

- Rusiya qoşunları Şərqi Avropanın tutmağa hazırdırmı? Rusiya Polşa və Baltikyanı ölkələrinə hücum etməyə cəsarət edəcəkmi, yoxsa belə bir ssenari qeyri-realdır?

- Bu ssenari həyata keçirilə bilər. Ancaq bunun baş verməsi ehtimalının səviyyəsini anlamaq lazımdır. Hazırda bu ehtimal çox yüksək deyil. Əlbəttə, Amerika komandanlığında daha dəqiq kəşfiyyat var və Rusiya qoşunlarının necə yerləşdiyini bilir. Hazırda Rusiya qoşunlarının düzülüşü Polşa və ya hər hansı başqa ölkəyə tammiqyaslı müdaxilə üçün əlverişli deyil. Polşa ilə müqayisədə Estoniya və ya Latviya kimi kiçik dövlətlərə zərbə vurmaq daha asandır. Gözlənilməzlik effekti və hava desantından istifadə etməklə bu əraziləri tutmağa cəhd etmək mümkün olardı. Amma Polşaya onlarla briqadanın cəlb edilməsi ilə genişmiqyaslı müdaxilə lazımdır. Bu güclər cəmləmək üçün əlavə avadanlıqlar və döyüş sursatları lazımdır. Bunu müxtəlif kəşfiyyat vasitələri və elektron kəşfiyyatın, o cümlədən peyk dinləmələrinin köməyi ilə aşkar etmək olar. Rusiya səmərəli hərəkət edir və harada qalib gəlmək mümkündürsə oraya zərbələr vurur. 2008-ci ildə bunu Gürcüstan, 2014-cü ildə isə Ukraynada etdi. Bu ölkələrdə müqavimət göstərəcək yaxşı silahlı qüvvələr yox idi. Amma bizdə var. Bundan başqa, müdaxilələr ehtimal ki, siyasi xeyir gətirməyəcək. Qeyri-sabit vəziyyət Rusiya üçün əlverişlidir. Göründüyü kimi, o Avropanın mərkəzi hissəsində sabit vəziyyətdə maraqlı deyil. Amma indiki halda qəfil zərbə rusiyalılara hansı xeyir gətirə bilər? Bu, həmişə böyük risklərlə bağlıdır. Əgər Birləşmiş Ştatlar cavab verəcəksə, zərər xeyiri əhəmiyyətli dərəcədə ötəcək.

- Avropadakı qeyr-sabitliyə gəlincə, biz “tək qurd” taktikası ilə terror aktlarına şahidlik edirik. Onların arxasında Rusiya dayana bilərmi?

- Belə bir tezisi irəli sürmək olar, amma sübutlar və faktlar lazımdır. Belə sübutlar yoxdur. Mən güman edirəm ki, bu terror aktları Yaxın Şərqdən Avropaya gələn və terror qruplaşmalarına aid olan insanlarla bağldır. Birincisi, bu insanlar hərəkət etməyə başlayırlar. İkincisi, görünür ki, onların hərəkətləri başqalarına ilham verir.

Almaniya öz ərazisində Rusiyanın xüsusi xidmət orqanlarının hərəkətlərini diqqətlə müşahidə edir və əla bilir ki, onlar öz təsirlərini harada yayırlar. Rusiya yerli almanları qaçqınlara qarşı çıxışlara qızışdırmağa çalışır. Amma ona görə yox ki, Almaniyaya kömək etmək istəyir. Ona görə ki, bu, gərginliyə imkan yaradır. Xaos və radikallaşma rusiyalılara maraqlıdır. Əgər Avropa seçiciləri daha radikal olarsa, onlar radikal partiyalara, yəni rusiyayönlü qüvvələrə səs verməyə başlayacaqlar. Məsələn, Fransada “Milli cəbhə”, Almaniyada “Almaniya üçün Alternativ” və Macarıstanda “Ən yaxşı Macarıstan üçün” bu cür qüvvələrdir. Bütün bu birləşmələr güclü milli dövlət ideyasını irəli sürür. Rusiya qan tökülməsinin ilhamvericisi kimi çıxış edirmi? Nəzəri olaraq bu mümkündür, amma düşünmürəm ki, bu belədir.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>